Google tərəfindən edilən açıqlamada, keçən il istifadəyə verildiyi gündən bəri dünyanın bir çox istifadəçisinin iş müsahibələrinə hazırlaşmaq, kodlarda səhvləri aradan qaldırmaq və ya şəkillər yaratmaq üçün Bard-dan istifadə etdiyinə diqqət çəkilib.
BBN.az xəbər verir ki, açıqlamada Bard’ın bundan sonra “Gemini” adlandırılacağı bildirildi və “Pro 1.0” modeli ilə Gemini’nin hazırda 40-dan çox dildə və 230-dan çox ölkə və bölgədə söhbət edə biləcəyi qeyd edildi.
Verilən açıqlamada bildirildi ki, Google AI-nin xüsusiyyətlərini daşıyan “Gemini Advanced” adlı bir mobil tətbiqin istifadəyə verəcək.
Gemini Advanced-in yeni “Google One AI Premium” planının bir hissəsi olaraq 2 aylıq pulsuz sınaqdan sonra ayda 19,99 dollara istifadə edilə biləcəyi qeyd edildi.