Home » “Gümüşü İrs” intellektual turniri keçirilib

“Gümüşü İrs” intellektual turniri keçirilib

by khayale
0 rəy 0 baxış 1 dəqiqə oxuma

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gümüşü İrs” intellektual turniri keçirilib.

“Nə? Harada? Nə zaman?” formatında baş tutan yarışda DOST Agentliyinin “Gümüşü DOST” altproqramının pensiyaçı könüllüləri ilə yanaşı, Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri də komanda formasında mübarizə aparıblar. Turnirin qalibləri simvolik hədiyyələrlə mükafatlandırılıblar.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Ahıl şəxslərlə birlikdə keramika master klassı təşkil olunub, həmçinin musiqi və bədii qiraət istiqamətində çıxışlar dinlənilib.

Qeyd edək ki, “Gümüşü İrs” intellektual turniri DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı, Sosial Xidmətlər Agentliyinin və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.