
Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 12 milyon ABŞ dolları dəyərində 19 min 504 ton neft və neft yağları idxal edib.
Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 180 dəfə, kəmiyyət baxımından isə 454 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstan ümumilikdə xarici ölkələrdən 193 milyon ABŞ dolları dəyərində 277,44 min ton neft və neft yağları idxal edib. Bu, illik müqayisədə dəyər ifadəsində 80 %, həcm baxımından isə 94 % artım deməkdir.
Yanvar ayında Gürcüstana əsas tədarükçülər Rusiya (51 milyon ABŞ dolları; 87 min ton), Rumıniya (42 milyon ABŞ dolları; 61,73 min ton), Yunanıstan (19 milyon ABŞ dolları; 25,62 min ton), Kipr (17 milyon ABŞ dolları; 23 min ton) və Bolqarıstan (14,8 milyon ABŞ dolları; 20,8 min ton) olub.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən ümumilikdə 1,36 milyard ABŞ dolları dəyərində 1,81 milyon ton neft və neft yağları idxal edib. Bunun 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.





