Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 10,6% artıb - BBN

Gürcüstanla Azərbaycanın ticarət dövriyyəsi 10,6% artıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 691,2 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,6% artıb.

BBN.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabata əsasən, Azərbaycan Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində 5,3% payla Türkiyə, Rusiya, Çin və ABŞ-dan sonra beşinci ən böyük ticarət tərəfdaşı olub.

Yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana ixrac edilən məhsulların dəyəri 335,8 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 1,8% azalma deməkdir. Azərbaycan Gürcüstanın ixrac bazarlarında 8,7% payla Qırğızıstan və Çindən sonra üçüncü sırada qərarlaşıb.

Eyni zamanda, Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri 25% artaraq 355,2 milyon ABŞ dollarına yüksəlib. Azərbaycan 3,9% payla Gürcüstanın əsas idxal tərəfdaşları arasında Türkiyə, Rusiya, Çin, ABŞ və Almaniyadan sonra altıncı yeri tutub.

Hesabat dövründə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 12,9 milyard ABŞ dolları olub. Bunun 3,87 milyard dollarını ixrac, 9,05 milyard dollarını isə idxal əməliyyatları təşkil edib.

Related posts

Türkiyədə Azərbaycan kapitallı şirkətlərin sayı 90%-dən çox artıb

Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır

AMB: Yerli sukuk bazarının formalaşdırılması üçün hüquqi baza yaradılmalıdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı