Home » Həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələr hazırlanacaq

Həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələr hazırlanacaq

by anar
0 comment 1 views 2 minutes read

Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədin imzalanması tədbirində Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Agentliyin fəaliyyəti, qarşıya qoyulan hədəflər və əldə olunan nəticələr haqqında məlumat verib. Məşğulluğun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu deyən M.Abbasbəyli təhsil, məşğulluq və əmək bazarı arasında körpünün daha təkmil şəkildə qurulmasının əsas çağırış və hədəflərdən olduğunu diqqətə çatdırıb. Sədr Aqrar Universitetdə olmaqdan məmnunluğunu bildirib, keçirilən görüşün birgə işlərin görülməsi istiqamətində məhsuldar olacağını diqqətə çatdırıb.

Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov Universitetin fəaliyyəti, tələbələr üçün yaradılan imkanlar barədə məlumat verib, məzunların işlə təmin olunmasının Universitetin əsas hədəflərindən biri olduğunu, onların gələcək karyera inkişafının daim diqqətdə saxlandığını qeyd edib.

Gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüşdə daha sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma əsasən, tərəflər arasında əmək bazarının araşdırılması, əmək bazarının tələblərinə uyğun tədris proqramlarının təkmilləşdirilməsi, məşğulluq sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, startap və inkubasiya mərkəzlərinin yaradılması, tələbələrin təcrübə proqramlarına cəlb olunması, həssas qruplardan olan tələbələr üçün müxtəlif sosial layihələrin hazırlanması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

Daha sonra tədbirdə “Məzunların məşğulluq reytinqi” platformasının təqdimatı olub. Bildirilib ki, əmək bazarı ilə əlaqəli hər bir şəxsin maraq dairəsində olacaq, ixtisas seçimində əsas naviqator roluna malik “Məzunların məşğulluq reytinqi” platformasının hazırlanmasında əsas məqsəd abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır.

Platforma 3 bölmədən ibarətdir. Burada hər bir universitetin məzunlarını daha çox işlə təmin edən top 10 işəgötürənin adı, iqtisadi fəaliyyət növləri, məzunların işlə təminatı üzrə müddət aralıqları, ixtisasları üzrə çalışmaları, cins, sektor, sahə, əməkhaqqı aralıqları və və digər parametlər, universitetlərin, ixtisasların reytinqləri əks olunur.

“Məzunların məşğulluq reytinqi” platformasından istifadə ali təhsil müəssisələrinə qəbulun planlaşdırılmasına və kvotaların müəyyənləşdirilməsinə də ciddi töhfə verəcək.

Daha sonra Universitetin müasir laboratoriyaları, Tələbə parkı, Açıq və Qapalı balıqyetişdirmə laboratoriyaları, İstixana kompleksi, Eksperimental heyvandarlıq kompleksi ilə tanışlıq olub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.