Home » “Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi ilə bağlı məlumatlandırma görüşü keçirilib

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi ilə bağlı məlumatlandırma görüşü keçirilib

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində əlavə dəstək mexanizmi olan “Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib.

 

Görüşdə 2021-ci ilin dekabr ayından  etibarən, istehsal və xidmət istiqamətləri üzrə aktiv alan və  hazırda biznes fəaliyyəti göstərən benefisiarlar iştirak edib. Onlara müsabiqənin şərtləri və tələb olunan meyarlar barədə məlumat verilib.

 

Bildirilib ki, müsabiqənin sonunda seçim şərtlərinə uyğun olan benefisiarlara mövcud biznes fəaliyyətlərini daha səmərəli şəkildə davam etdirmələri və inkişafı üçün əlavə avadanlıqların verilməsi nəzərdə tutulub.

 

Daha sonra benefisiarları maraqlandıran suallar cavablandırılıb. Məlumatlandırma görüşlərinin bütün regionlarda davam etdirilməsi planlaşdırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.