Home » Hesablama Palatası ARDNF-in 2026-cı il büdcəsinə rəy verib

Hesablama Palatası ARDNF-in 2026-cı il büdcəsinə rəy verib

by yunus
0 comments 1 views 1 minutes read

Hesablama Palatası Dövlət Neft Fondunun (ARDNF) 2026-cı il büdcəsinin layihəsinə rəy verib.

BBN.az xəbər verir ki, rəy Palatanın internet səhifəsində yerləşdirilib.

Sənəd “Büdcə sistemi haqqında” və “Hesablama Palatası haqqında” qanunlara, “Fondun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”na uyğun hazırlanıb.

Prezident İlham Əliyev ötən il dekabrın 29-da ARDNF-in 2026-cı il büdcəsi haqqında fərman imzalayıb. Fərmana əsasən, gələn il ARDNF-in büdcə gəlirlərinin 13 milyard 32,3 milyon manat (bu illə müqayisədə 9,8 % az), büdcə xərclərinin isə 13 milyard 16 milyon manat (11 % az) olması proqnozlaşdırılır.

2026-cı il üçün dövlət büdcəsində Fonddan transfertin məbləği 12 milyard 835 milyon manat nəzərdə tutulub. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,4 % azdır.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.