Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Hesablama Palatası: "Büdcə sistemi haqqında" qanuna yenidən baxılmalıdır - BBN

Hesablama Palatası: “Büdcə sistemi haqqında” qanuna yenidən baxılmalıdır

“Büdcə sistemi haqqında” qanun” daha çox dövlət büdcəsi ilə bağlı ümumi prosedurları müəyyən edir, Ümumən dövlət sektorunun maliyyəsi və onun idarə edilməsi təfəkkürünü özündə tam ifadə etmir.

BBN.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında – “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Hesab edirik ki, dövlət sektorunun aktiv və öhdəliklərinin konsolidə edilmiş hesabatlılığı, vergi stimullarının təhlili və onların büdcəyə təsiri, iqtisadiyyatın sahələrinin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi ilə bağlı məlumatların qanunda təsbit edilməsi, bəzilərinin büdcə sənədləşməsinə daxil edilməsi faydalı ola bilər”, – deyə o qeyd edib.

Bundan başqa, sədr deyib ki, parafiskal ödənişləri (təkrar emal haqları, pullu yollar, üzvlük haqları və s.) toplayan təşkilatlar onlardan istifadə haqqında hesabat təqdim etməlidirlər: “Dövlət qurumları bu vəsaitlərin səmərəliliyini təhlil və mümkün büdcənin yenidən bölüşdürülməsi ilə bağlı qərarlar qəbul edə bilər. Bu dəyişikliklər bir tərəfdən hesabatlılıq və şəffaflığı, digər tərəfdən isə büdcədə proqnozlaşdırılma institutunun etibarlılığını artırmış olardı”.

Related posts

Azərbaycan və Qırğızıstan bankları arasında HR sahəsində təcrübə mübadiləsi keçirilib

Azərbaycanda debitor borcların məbləği açıqlanıb

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri üçüncü oxunuşda qəbul edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı