0

Azərbaycanın Cənubi Koreyadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Bu barədə məlumat diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb.
Bildirilib ki, dekabrın 12-də təşkil olunan tədbirdə səfirliyin əməkdaşları və Cənubi Koreyada yaşayan azərbaycanlılar Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.






