Home » Heyvandarlıqda innovativ yanaşmalara həsr olunmuş dəyirmi masa keçirilib

Heyvandarlıqda innovativ yanaşmalara həsr olunmuş dəyirmi masa keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində “Heyvandarlıqda innovativ yanaşma” adlı dəyirmi masa keçirilib. Türkiyədən gəlmiş mütəxəssislərin iştirakı ilə təşkil olunmuş dəyirmi masada Gəncəətrafı bölgədə heyvandarlıqla məşğul olan fermerlərlə yanaşı müasir aqrokomplekslərin zootexnik, baytar həkimləri də iştirak ediblər. Dəyirmi masada Kənd Təsərrüfatı Nazirliyinin “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Esmira Lətifova, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli heyvandarlıq sahəsində nazirlik xətti ilə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat veriblər.

“Dəyirmi masanın keçirilməsində əsas məqsəd odur ki, fermerlərimiz alimlərin onların yanında olduğunu bilsinlər. Türkiyədən layihə çərçivəsində gələn qonaqlarımız da burdadır. Həmin mütəxəssislər tərəfindən fermerləri narahat edən problemlər, yem bazasının təşkili, yoluxan xəstəliklər, onların müalicə-profilaktika tədbirləri, yemlənmə tərtibatı və bu kimi başqa zootexniki yanaşmalar bu dəyirmi masada müzakirə olundu, fermerlər məlumatlandırıldılar”- Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru  Mahir Hacıyev bildirib.  

Türkiyənin Qafqaz Universitetinin professorları Yavuz Öztürklər və Cihan Kaçar süni mayalandırma, embirion köçürmə texnologiyasının üstünlükləri haqqında geniş çıxış edərək son illər Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun təcrübə sahəsində həyata keçirdikləri sınaqlar haqqında sualları cavablandırıblar. “ Məqsədimiz burada qoyunçuluq sahəsində inkişafa və məhsuldar cinslərin yetişdirilməsinə köməklik göstərməkdir. Xüsusən, məhsuldar cinslər almaq məqsədilə, süni mayalanma texnologiyasını inkişaf etdirməyə çalışırıq”- deyə professor Yavuz Öztürklər bildirib.  

Dəyirmi masada alim və mütəxəssislər iri və xırdabuynuzlu heyvandarlıqda tətbiq olunan innovativ metodlar haqqında danışmış, yem bazasının tərtibi ilə bağlı fermerlərə geniş məlumat veriblər.  

Qarşılıqlı müzakirələrdə fermerlər onları narahat edən heyvan xəstəlikləri və sair məsələləri diqqətə çatdırıblar. Baytar həkimlər xəstəliklərə qarşı mübarizə tədbirlərinin təşkil olunması, o cümlədən həmin xəstəliklərə qarşı görülən profilaktik metodlar haqqında öz tövsiyyələrini veriblər. 

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.