
Hindistan Mərkəzi Bankının (RBI) rəhbəri Sanjay Malhotra ölkədə faiz dərəcələrinin uzun müddət aşağı səviyyədə saxlanılacağını bildirib.
BBN.az xəbər verir ki, O, bu fikirləri Financial Times qəzetinə verdiyi müsahibədə səsləndirib.
Malhotranın sözlərinə görə, RBI-nin mövcud proqnozları faizlərin “uzun müddət aşağı qalmalı olduğunu” göstərir. Bu mövqe iqtisadi artımın dəstəklənməsi və maliyyə sabitliyinin qorunması məqsədi daşıyır.
RBI rəhbəri qeyd edib ki, bankın iqtisadi proqnozlarında hazırda danışıqları aparılan ticarət sazişlərinin mümkün təsirləri nəzərə alınmayıb. Onun sözlərinə görə, əgər bu razılaşmalar imzalansa, Hindistan iqtisadi artım tempi daha da yüksələ bilər.
Analitiklər hesab edirlər ki, faizlərin aşağı səviyyədə saxlanılması bank sektorunda kreditləşməni stimullaşdıra, investisiya mühitini yaxşılaşdıra və daxili tələbi gücləndirə bilər.







