Home » Hindistanda ərzaq inflyasiyası artıb

Hindistanda ərzaq inflyasiyası artıb

by anar
0 comment 3 views 1 minutes read

Hindistanda avqust ayında əsrin ən quru hava şəraitindən dolayı ərzağın qiymətləri 11%-dən çox artım nümayiş etdirib. Adıçəkilən ölkə qlobal kənd təsərrüfatı ticarətində əsas oyunçulardan biridir.  

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, Beynəlxalq Ərzaq Siyasəti Araşdırma İnstitutunun məlumatına əsasən xüsusilə artım düyü, şəkər və soğanda olub. Son onilliklər ərzində Hindistan dünyada düyü ixracına əsasən ən böyük ixracatçılardan biridir və birinci yerdə qərarlaşıb. Bazarın 40%-ni tutur, eyni zamanda şəkər və soğan ixracına görə dünyada ikincidir.  

Qeyd edək ki, daha öncə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən düyünün qiymət indeksi iyulda 2.8%-ə qədər yüksəlib. Bu isə 2011-ci ilin sentyabrından bu yana ən yüksək artım hesab edilir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.