Home » Hindistanın Azərbaycana birbaşa investisiyaları 1,26 milyard dollara çatıb

Hindistanın Azərbaycana birbaşa investisiyaları 1,26 milyard dollara çatıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Hindistanın Azərbaycan iqtisadiyyatına yönəltdiyi xarici birbaşa investisiyaların (BXİ) həcmi 2016-cı ildən 2025-ci ilin birinci yarısının sonuna qədər 480 milyon ABŞ dollarından 1,26 milyard ABŞ dollarınadək artıb.

BBN.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) “Avrasiya regionu və Asiyadan olan tərəfdaş ölkələr: investisiya axınlarının təhlili” adlı hesabatında bildirilib.

Hesabata əsasən, Azərbaycan Avrasiya regionunda Hindistanın BXİ-lərinin ikinci ən böyük alıcısıdır. Bununla belə, Hindistanın ölkədəki investisiya iştirakı faktiki olaraq bir investor – “ONGC Videsh” şirkəti ilə məhdudlaşır.

EDB qeyd edir ki, “ONGC Videsh” Azərbaycanın neft-qaz sektorunun iki əsas layihəsində – “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində paya malikdir.

Şirkət bu layihələr üzrə ilkin sazişi 2013-cü ildə imzalayıb. 2024-cü ildə isə payını artıraraq ümumi investisiya həcmini 1,26 milyard dollara çatdırıb.

Məlumata görə, 2024-cü ildə “ONGC Videsh Limited” Norveçin “Equinor” şirkəti ilə AÇG layihəsində 0,615 %, eləcə də BTC neft kəmərini idarə edən “BTC Co” şirkətində 0,737 % payın alınmasına dair müqavilə imzalayıb. Bu satınalmalar şirkətin AÇG-dəki 2,31 % və BTC-dəki 2,36 % mövcud payına əlavə olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.