Home » Hindistanın iqtisadi artımı kəskin azalıb

Hindistanın iqtisadi artımı kəskin azalıb

by bbnadm
0 comments 2 views 1 minutes read

Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Hindistan ötən rüblərdən fərqli olaraq bu rüb yüksək iqtisadi artıma nail ola bilməyib. Belə ki, 2020-ci ilin birinci rüb üzrə makroiqtisadi göstəricilərə əsasən, Hindistanın iqtisadi artımı ötən ilin müvafiq dövrü ilə nisbətdə 2.6% azalaraq 3.1% olub. Bu göstərici, ölkənin son 8 ildə əldə etdiyi ən aşağı iqtisadi artım göstəricisi olsa da, proqnozları (2.1%) üstələyə bilib. 2020-ci il üzrə illik iqtisadi artım proqnozu isə 5%-dən 4.2%-ə endirilib.

Statistikaya sektorlar üzrə nəzər salsaq, ötən ilin birinci rübü ilə müqayisədə birinci rübdə istehsalat sektorunun 1.4%, tikinti sektorunun isə 2.2% gerilədiyini müşahidə edə bilərik. Kənd təsərrüfatında 5.9%, mədənçıxarma sənayesində isə 5.2%-lik artım qeydə alınıb. Koronavirus pandemiyasının sürətlə yayılmasına baxmayaraq, xidmət (2.6%) və maliyyə (2.4%) sektorunda da inkişaf qeydə alınıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.