Home » Hindistanın səhmləri ABŞ-ın yeni tarifləri elan etməsindən sonra kəskin ucuzlaşıb

Hindistanın səhmləri ABŞ-ın yeni tarifləri elan etməsindən sonra kəskin ucuzlaşıb

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ prezidenti Donald Trampın Hindistan idxalına əlavə 25 faizlik rüsum tətbiq etməsi ölkənin fond bazarlarında ciddi enişə səbəb olub. ABŞ-ın qərarı fonunda Hindistanın əsas indeksləri ticarət gününə mənfi dinamika ilə başlayıb.

BBN.az xəbər verir ki, Bombay Fond Birjasında Sensex indeksi 335,71 bənd azalaraq 80 208,28-ə, Nifty indeksi isə 114,15 bənd geriləyərək 24 460,05-ə düşüb. Qeyd edək ki, Sensex Bombay birjasında siyahıya alınmış 30 aparıcı şirkətin fəaliyyətinə əsaslanır, Nifty isə Milli Fond Birjasında ticarət olunan 50 əsas şirkətin orta çəkili göstəricisidir.

Vaşinqtonun bu qərarı Hindistanın Rusiyadan neft və neft məhsulları alması ilə əlaqələndirilir. Tramp administrasiyasının fərmanına əsasən, digər ölkələrə qarşı da bənzər tədbirlər görülə bilər. Artıq bəzi Hindistan məhsullarına tətbiq olunan rüsumların 50 faizə qədər artırıldığı bildirilir.

Yeni Dehli ilə Vaşinqton arasında artan ticarət gərginliyi investorların inamını zəiflədib. Bazar iştirakçıları hazırda Hindistan Ehtiyat Bankının atacağı addımları və diplomatik səviyyədəki danışıqları yaxından izləyirlər.

Hindistan Xarici İşlər Nazirliyi ABŞ-ın bu addımını ədalətsiz və əsassız adlandırıb və ölkənin maraqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini açıqlayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.