Home » Hörmüz Boğazı Təhlükədə? Neft Qiymətləri 7%-dən Çox Bahalaşdı!

Hörmüz Boğazı Təhlükədə? Neft Qiymətləri 7%-dən Çox Bahalaşdı!

by Zeyneb
0 comments 1 views 1 minutes read

Yaxın Şərqdə artan hərbi gərginlik və enerji tədarükü ilə bağlı risklər qlobal neft bazarında ciddi dalğalanma yaradıb. Xüsusilə dünyanın ən strateji enerji marşrutlarından biri olan Hörmüz boğazı ətrafında vəziyyətin kəskinləşməsi qiymətləri sürətlə yüksəldib.

Brent markalı neftin may fyuçersləri 2% artaraq bir barel üçün 79,28 dollara çatıb.
WTI (West Texas Intermediate) markalı xam neft isə 1,5% bahalaşaraq 72,31 dollar səviyyəsində qərarlaşıb.

Bazar ertəsi hər iki əsas benchmark 7%-dən çox bahalaşaraq son ayların ən kəskin günlük artımını nümayiş etdirib.Analitiklər bildirirlər ki, Yaxın Şərqdə mümkün genişmiqyaslı münaqişə və Hörmüz boğazının bağlanması ehtimalı qlobal enerji bazarında təchizat zəncirini ciddi şəkildə poza bilər. Qeyd edək ki, dünya üzrə daşınan neftin təxminən beşdə biri məhz bu strateji marşrutdan keçir. Mövcud vəziyyət investorlar arasında panika alqılarını gücləndirib və qiymətlərin daha da yüksələ biləcəyi ehtimalı istisna edilmir. Ekspertlər hesab edir ki, əgər geosiyasi risklər davam edərsə, neftin qiyməti 80 dollar həddini də aşa bilər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.