Home » HP Inc. şirkəti 2025-ci ilə qədərki planını açıqladı: Kütləvi ixtisara gedəcək

HP Inc. şirkəti 2025-ci ilə qədərki planını açıqladı: Kütləvi ixtisara gedəcək

by bbnadm
0 comments 0 views 1 minutes read

Kompüter və printer istehsalçısı HP Inc. şirkəti çərşənbə axşamı açıqlamasında bildirib ki, 2025-ci ilə qədər 4000 ilə 6000 arasında işçiləri ilə yollarını ayıracaq. 

BBN.az Yahoo.com-a istinadən xəbər verir ki, bundan sonra isə HP işçi ixtisar edəcəyini və ya işçi qəbulunu dayandıracağını elan edən sonuncu texnologiya şirkəti olub.

HP Inc.-in bu addımı isə onun hazırkı işçi qüvvəsinin 10% deməkdir. Şirkət belə açıqlamanı isə satışların azalması və iqtisadiyyatın zəifləməsi amili fonunda elan edib. Belə ki, şirkət çərşənbə axşamı bildirmişdi ki, 2022-ci ilin IV rübündə şirkətin gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 11.2% enərək 14.8 miyard dollara enib.

Qeyd edək ki, daha öncə işçi ixtisar xəbərləri ilə Meta, Amazon kimi şirkətlər gündəm olmuşdu.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.