Home » I rübdə “Bakı Fond Birjası”nın dövriyyəsi 12 mlrd. manata yaxınlaşıb

I rübdə “Bakı Fond Birjası”nın dövriyyəsi 12 mlrd. manata yaxınlaşıb

by yunus
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar–mart aylarında “Bakı Fond Birjası”nın (BFB) ümumi dövriyyəsi 11,9 milyard manat təşkil edib.

BBN.az  bu barədə BFB-yə istinadən xəbər verir.

Hesabat dövründə BFB-də bağlanmış əqdlərin sayı 5 934 təşkil edib. Dövlət qiymətli kağızları üzrə bağlanmış əqdlərin ümumi həcmi 487,8 milyon manat, Mərkəzi Bankın (ARMB) notları üzrə bağlanmış əqdlərin həcmi 285,7 milyon manat, korporativ qiymətli kağızların həcmi isə 120,1 milyon manat, ipoteka istiqrazlarının həcmi isə 207,5 milyon manat olub.

Birjada ən böyük dövriyyə isə repo əməliyyatlarının payına düşüb. Belə ki, yanvar–mart aylarında bu alətlər üzrə bağlanmış əqdlərin ümumi həcmi 10,8 milyard manat təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.