IBM birinci rübdə gəlirlərini artırıb

IBM yanvar-mart dövrü üçün balans hesabatını açıqlayıb.

BBN.az xəbər verir ki, müvafiq olaraq, şirkətin bu ilin ilk rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə  1 faiz artaraq 14,5 milyard dollara çatıb. IBM 2023-cü ilin birinci rübündə 14,3 milyard dollar gəlir əldə edib.

Şirkətin xalis mənfəəti ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 73 faiz artaraq 1,6 milyard dollara çatıb. IBM-in xalis mənfəəti ötən ilin birinci rübündə 927 milyon dollar olaraq hesablanıb.

Şirkətin ötən ilin birinci rübündə 1,02 dollar olan səhm üzrə mənfəəti bu ilin birinci rübündə 1,75 dollar olaraq qeydə alınıb.

Related posts

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib

Azərbaycanda COP29-la bağlı vergi güzəştləri tətbiq ediləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı