Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
IBM rəsmisi: Maliyyə sektorunda süni intellekt layihələri real gəlir gətirmir - BBN

IBM rəsmisi: Maliyyə sektorunda süni intellekt layihələri real gəlir gətirmir

Mənbə: APA-Economics

Maliyyə sektorunda süni intellekt layihələrinin əksəriyyəti real gəlir gətirmir.

Bunu “INMerge” İnnovasiya Sammitində panel müzakirələri zamanı IBM şirkətinin Data və Süni İntellekt həllərinin inkişaf etdirilməsi üzrə rəhbəri Inigo Cavestany bildirib.

Onun sözlərinə görə, hazırda süni intellekt layihələrinin yalnız 20-25 faizi real gəlir gətirir və maliyyə xidmətləri sektorunda bu göstərici daha da aşağıdır.

Cavestany qeyd edib ki, bir çox şirkət süni intellekti strateji prioritet hesab etsə də, əsas problem idarəetmə mexanizmlərinin düzgün qurulmamasıdır: “AI şirkət daxilində müxtəlif departamentlərin fərqli yanaşmaları ilə deyil, vahid, idarə olunan və təhlükəsiz platforma üzərindən inkişaf etdirilməlidir”.

IBM rəsmisi əlavə edib ki, şirkət bu modeli əvvəlcə özündə – HR, satınalma, müştəri xidməti və maliyyə sahələrində tətbiq edib. Onun fikrincə, IBM kimi 150 illik tarixə malik nəhəng bir şirkət bunu təhlükəsiz və effektiv şəkildə həyata keçirə bilirsə, digər təşkilatlar da eyni yolla irəliləyə bilər.

Related posts

“Moody’s Ratings” Azərbaycanın iqtisadi artım gözləntilərini açıqlayıb

“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar

Bankların debet kartları üzrə iyul ayı cashback təklifləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı