
15 fevral 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “İcraçı Kredit Agentliyi” MMC BOKT-un AZ2002020090 İSİN kodlu 99 000 (doxsan doqquz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
8 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında İcraçı Kredit Agentliyi” MMC BOKT-un istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir
Yerləşdirmə üzrə anderrayter “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nininternet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | İllik faiz dərəcəsi | Hərrac tarixi | Tədavül müddəti | Kupon faizlərinin ödəniş müddəti |
| AZ2002020090 | Faizli təmin edilməmiş sənədsiz adlı | 495 (ədəd) | 200 manat | 14% | 08.04.2024 | 24 ay | hər 90 gündən bir ödəniləcəkdir |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.





