Home » İƏT-in Əmək Mərkəzi ilə bağlı seçkilər keçirilib, Mərkəzin Baş direktoru seçilib

İƏT-in Əmək Mərkəzi ilə bağlı seçkilər keçirilib, Mərkəzin Baş direktoru seçilib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yaradılan Əmək Mərkəzinin Baş Assambleyasının açılış tədbirində Mərkəzlə bağlı üzv ölkələrin səsverməsi əsasında seçkilər keçirilib. Məlumat verildiyi kimi, İƏT Əmək Mərkəzinin Baş Assambleyasına sədrlik Azərbaycan Respublikasına həvalə olunub, müavini isə Səudiyyə Ərəbistanı Krallığı seçilib.

Eyni zamanda Azərbaycan Mərkəzə ev sahibliyi edən ölkə kimi İcraçı Şuranın daimi üzvü müəyyən olunub. Şurada Azərbaycan daxil olmaqla 10 ölkə təmsil olunub. İƏT Əmək Mərkəzinin Katibliyinin Baş direktoru vəzifəsinə isə Azərbaycandan olan namizəd – Azər Bayramov seçilib.

A.Bayramov 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetini jurnalistika, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını dövlət və bələdiyyə idarəetməsi, Azərbaycan Dövlət İqtisad Universitetini (MBA proqramı üzrə) maliyyə, Vyana Diplomatik Akademiyasını Avropa inteqrasiyası və əməkdaşlıq ixtisası üzrə bitirib. Dövlət İdarəçilik Akademiyasında hazırda doktorantura təhsili alır, həmçinin Madrid Politexnik Universitetinin magistridir.

O, Gənclər və İdman Nazirliyində, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı və s. qurumlarla birgə icra olunan layihələrdə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində, “AzerTelecom” MMC-də rəhbər vəzifələrdə çalışıb. 2020-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müşaviri olub.

Bir sıra ölkə və beynəlxalq miqyaslı tədbirlərin təşkilat komitəsinin, Strateji Yol Xəritəsi üzrə işçi qrupların üzvü və süni intellekt, blokçeyn texnologiyası, robototexnika üzrə mühazirəçisi, BMT-nin rəqəmsal iqtisadiyyat və elektron ticarət üzrə Hökumətlərarası ekspert qrupunun sədri olub. Hazırda UNEC-in SABAH qruplarının “İnnovasiya menecmenti” fənni üzrə müəllimi və BMT-nin İnvestisiya, innovasiya və sahibkarlıq üzrə ekspert qrupunun sədridir.

İclasın davamında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxış ediblər.

Həmçinin konfransın Nazirlər Sessiyasına hazırlıq iclasında işsizliyin aradan qaldırılması, işçi qüvvəsinin inkişafı və sosial müdafiənin gecləndirilməsi sahəsində İƏT qurumlarının fəaliyyətinə dair təqdimatlar edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.