Home » İFC ilə enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

İFC ilə enerji sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə direktoru Rana Karadşehin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə IFC ilə enerji sahəsində həyata keçirilən birgə layihələr qarşılıqlı münasibətlərin uğurlu inkişafının nümunəsi kimi qeyd edilib. Ölkəmizin iqtisadi inkişafında enerji sektorunun rolundan bəhs edilib, ənənəvi energetika və “yaşıl enerji” sahələrində görülən işlər, həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib. Enerji sahəsinə özəl sektorun cəlbinin sürətləndirilməsi və İFC ilə bu istiqamətdə əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.

IFC-nin dəstəyi ilə hazırlanmış Dənizdə külək enerjisi üzrə Yol Xəritəsindən bəhs edilib, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində külək enerjisindən istifadə potensialının təhlili, bununla əlaqədar texniki, iqtisadi, o cümlədən ixrac məsələləri müzakirə olunub. IFC-nin Azərbaycanda dənizdə külək enerjisi layihələrinin həyata keçirilməsində maraqlı olduğu, həmçinin digər bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə cəlb olunmasının mümkünlüyü qeyd edilib.

Söhbət zamanı Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş, enerji keçidi, hidrogen enerjisi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.