İnes Roça Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Mərkəzi və Şərqi Avropa üzrə regional direktor təyin edilib.
BBN.az IFC-yə istinadən xəbər verir ki, fəaliyyətinə Vyanadakı ofisdə başlayan İnes Roça “yaşıl inkişaf”ın, rəqəmsal texnologiyanın və maliyyə inklüzivliyinin gücləndirilməsinə diqqət yetirməklə Mərkəzi və Şərqi Avropada özəl sektor investisiyalarının artırılmasına və iş yerlərinin yaradılmasına yardım edəcək, Rusiya-Ukrayna münaqişəsinə qarşı IFC-nin cavab tədbirlərinə rəhbərlik edəcək. O, həmçinin inkişaf etməkdə olan bazarlarda dayanıqlı iqtisadi artımı dəstəkləmək üçün kapital və bilikləri səfərbər etmək məqsədilə IFC-nin Qərbi Avropada biznesin inkişafı səylərinə rəhbərlik həyata keçirəcək.
Portuqaliya və Böyük Britaniya vətəndaşı olan İnes Roça son illərdə Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) inkişaf maliyyəsi sahəsində 20 ildən çox təcrübəyə malikdir. Onun buradakı rollarına Avropa İttifaqı banklarını və strukturlaşdırılmış maliyyəni əhatə edən maliyyə institutları, Mərkəzi və Şərqi Avropada kiçik biznesləri dəstəkləmək daxil idi.
Son vaxtlaradək İ. Roça Təsir və Tərəfdaşlıqlar şöbəsinin rəhbəri olaraq, EBRD-nin Ukraynadakı böhrana cavab tədbirlərinə rəhbərliyi çərçivəsində əsas səhmdarlar və donorlardan Ukrayna iqtisadiyyatı və özəl sektoru üçün rekord miqdarda dəstək səfərbər edib. Bu vəzifədə o, Dünya Bankı, Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyi (MIGA) və IFC də daxil olmaqla, inkişaf maliyyə institutları və çoxtərəfli inkişaf bankları ilə sıx əməkdaşlıq edib. Daha əvvəl isə o, UBS İnvestisiya Bankında və Portuqaliya Mərkəzi Bankında işləyib.
Report