![](https://bbn.az/wp-content/uploads/2024/05/Azerbaycan_Kredi_karti_570x90.png)
Kripto şirkətinin rəhbəri Sam Bankman-Fried deyib ki, FTX-nin iflas etməsindən sonra, o, yeni biznesə başlayaraq kifayət qədər pul qazanıb zərərçəkənlərə vəsaitini geri qaydaracağına ümid edir.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, 30 yaşlı keçmiş rəhbər vəsaitlərin idarəedilməsi ilə bağlı bir neçə federal iş üzrə üz-üzədir.
Baham adalarında lüks bir kompleksdə mediaya danışan Sam Bankman-Fried dələduzluq halını inkar edib, ancaq qəbul edib ki, düşündüyü qədər bacarıqlı biri deyil. O, eyni zamanda qəbul edib ki, gecələr fikirləşən zaman mümkün həbs ehtimalı haqqında da narahatdır.
FTX kripto isə müştərilərə Bitcoin kimi kriptovalyutalar üçün normal pul ticarətinə icazə verib. O sektor üzrə ikinci ən böyük şirkətdir və hər gün təxminən 10 milyard dollar dəyərində kripto sikkələri ticarət edirdi. Təxminlərə görə isə milyondan çox FTX müştərisinin hesabı bağlanıb və onlar kripto cüzdana və özlərinin vəsaitlərinə əlçatanlığı itiriblər.