Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
II Azərbaycan Milli Şəhərsalma Forumuna qeydiyyat üçün bir neçə gün qalıb - BBN

II Azərbaycan Milli Şəhərsalma Forumuna qeydiyyat üçün bir neçə gün qalıb

II Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etmək istəyənlər sentyabrın 25-nə qədər nufa.az saytının müvafiq bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilər.

Bu barədə BBN.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Xatırladaq ki, forum 29 sentyabr – 1 oktyabr tarixlərində Komitə ilə BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə keçiriləcək. Tədbir işğaldan azad edilmiş Zəngilanda və paytaxt Bakıda “Şəhərsalma Həftəsi” çərçivəsində baş tutacaq.

Müxtəlif ölkələrdən dövlət rəsmiləri, yerli və xarici mütəxəssislərin bir araya gələcəyi 3 günlük forumda “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda” mövzusu altında inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq imkanları müzakirə ediləcək. Həmçinin Forum müddətində Türk Dövlətləri Təşkilatının Nazirlərinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün regional çağrışlar istiqamətində toplantıları keçiriləcək.

Related posts

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı