Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İİB Qrupunun 2026-cı il üzrə İllik Toplantıları Bakıda keçiriləcək Prezidentin Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb - BBN

İİB Qrupunun 2026-cı il üzrə İllik Toplantıları Bakıda keçiriləcək Prezidentin Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

BBN.az xəbər verir ki, qərara əsasən, toplantılar 2026-cı il iyunun 16–19-da Bakı şəhərində baş tutacaq. Bu məqsədlə Baş nazirin müavini Samir Şərifovun sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Komitənin tərkibinə iqtisadiyyat, maliyyə, xarici işlər, mədəniyyət, fövqəladə hallar, daxili işlər, səhiyyə, rəqəmsal inkişaf və nəqliyyat nazirləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin rəhbərləri, Mərkəzi Bankın sədri, Dövlət Turizm Agentliyi sədri, Dövlət Miqrasiya Xidməti rəisi, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı daxildir.

Sərəncama görə, Təşkilat Komitəsi toplantıların təşkili üzrə Tədbirlər Planını hazırlayacaq və icrasını təmin edəcək. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi isə İİB Qrupu ilə əlaqələndirmə və komitənin katiblik funksiyalarını həyata keçirəcək.

Nazirlər Kabinetinə 2026-cı ilin dövlət büdcəsində toplantıların maliyyələşdirilməsi üçün vəsait nəzərdə tutmaq tapşırılıb.

Qeyd edək ki, İİB Qrupunun Müdirlər Şurası 2025-ci il mayın 22-də illik toplantıların Bakıda keçirilməsi barədə qərar qəbul edib. Bu tədbirin ölkəmizin beynəlxalq nüfuzunun və iqtisadi-investisiya potensialının təbliğinə mühüm töhfə verəcəyi gözlənilir.

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

AccessBank QSC ManageEngine Endpoint Central tenderi elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı