Home » İİTKM-də “Böyük Qayıdış: Ulu Öndər Heydər Əliyev strategiyasının nəticəsi kimi” adlı dəyirmi masa keçirilib

İİTKM-də “Böyük Qayıdış: Ulu Öndər Heydər Əliyev strategiyasının nəticəsi kimi” adlı dəyirmi masa keçirilib

by anar
0 comments 0 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Böyük Qayıdış: Ulu Öndər Heydər Əliyev strategiyasının nəticəsi kimi” adlı dəyirmi masa keçirilib. Tədbirdə millət vəkili Aqil Məmmədov, İİTKM-in Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov, İİTKM-in islahat könüllüləri və müxtəlif qurumlarda çalışan keçmiş məcburi köçkün gənclər iştirak ediblər.

Şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Ulu Öndərin həyat və fəaliyyəti, eləcə də Prezident İlham Əliyevin 20 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Millət vəkili A.Məmmədov Ümummilli Lider Heydər Əliyev strategiyasının nəticələri, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər, işğaldan azad edilmiş ərazilərdə görülən işlər və perspektivlər barədə fikirlərini bölüşüb.

Daha sonra A.Əsədov İİTKM-in fəaliyyəti, o cümlədən Mərkəzin monitorinq və qiymətləndirməsini həyata keçirdiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” barədə məlumat verib, görülən işlərdən danışıb.

Tədbir çərçivəsində müxtəlif dövlət qurumlarında çalışan keçmiş məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərin perspektivləri barədə öz fikir və mülahizələrini bölüşüblər, iştirakçıların suallarını cavablandırıblar. Millət vəkili, həmçinin kəlbəcərli gənclərin problemləri ilə maraqlanıb və öz tövsiyələrini verib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.