Home » İİTKM-də Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirilib

İİTKM-də Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin iqtisadçısı Qustavo Ramires, eləcə də Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional İnkişaf Mərkəzinin direktoru Norbert Funke ilə görüş keçirilib.

Görüşdə  İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Azərbaycanın iqtisadi-sosial inkişafını hədəfləyən 5 illik dövlət proqramları və onların icrasında Mərkəzin rolu barədə məlumat verib. Eyni zamanda ölkədə həyata keçirilən iqtisadi və sosial islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə yaradılan komissiyanın fəaliyyəti barədə qonaqları məlumatlandırıb. O makro-fiskal modelləşdirmə və proqnozlaşdırma, dövlət maliyyəsi, maliyyə və bank sektoru üzrə fikir və təcrübə mübadiləsi  sahəsində əməkdaşlığın zəruriliyini vurğulayıb.

Müzakirə zamanı investisiyaların səmərəliliyi və iqtisadi artım sahəsində beynəlxalq təcrübə, eləcə də iqtisadi islahatlar sahəsində uğurlu əməkdaşlıq perspektivləri müzakirə olunub.   

Beynəlxalq valyuta Fondunun nümayəndəsi Qustavo Ramires makroiqtisadi sabitliyə yönələn iqtisadi islahatlar, diversifikasiya, iqtisadi transformasiya, qlobal arenada yeni inkişaf təşəbbüsləri sahəsində təmsil etdiyi qurumun maraqlı olduğunu və əməkdaşlığa hazır olduqlarını bildirib. 

Görüşdə İİTKM-in department rəhbərləri Rəşad Hüseynov, Vüsalə Cəfərova və makroiqtisadçısı Coşqun Cəfərov da iştirak ediblər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.