Home » İİTKM-də COMCEC Koordinasiya Ofisinin nümayəndələri ilə görüş keçirilib

İİTKM-də COMCEC Koordinasiya Ofisinin nümayəndələri ilə görüş keçirilib

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Koordinasiya Ofisinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn Mərkəzin fəaliyyət istiqamətləri, o cümlədən monitorinq və qiymətləndirmə fəaliyyəti, Mərkəzin nəzdində fəaliyyət göstərən portallar barədə qonaqlara ətraflı məlumat verib.

Koordinasiya Ofisinin eksperti Yunus Kayış və dosent Ali Aycı isə “İƏT-ə üzv ölkələrdə e-ticarətin inkişaf etdirilməsi” mövzusunda hazırladıqları hesabat barədə danışıblar. Onlar e-ticarət sahəsində inkişaf etmiş ölkələrin təcrübələri əsasında islam ölkələrində bu sahədə vəziyyətin öyrənildiyini və nəticələrin hesabata daxil edildiyini bildiriblər. Qonaqlar bu sahədə Azərbaycanın əldə etdiyi nailiyyətlərin və inkişaf perspektivlərinin də İƏT üçün önəmli olduğunu vurğulayıblar.

Daha sonra “azexport.az” portalının rəhbəri Ayxan Qədəşov və Rəqəmsal Ticarət Qovşağının rəhbəri İsmət Mehrəliyeva Mərkəzin innovativ layihələri haqqında ətraflı məlumat veriblər və sualları cavablandırıblar. Qonaqlar “azexport.az” təcrübəsinin İƏT-ə üzv ölkələrin bir çoxu üçün yaxşı nümunə ola biləcəyini və bu təcrübənin də hazırladıqları hesabata daxil ediləcəyini bildiriblər.

Görüşdə həmçinin e-ticarətin inkişafı baxımından rəqəmsal həllərin tətbiqi, bu sahədə insan kapitalının inkişafı, təcrübə mübadiləsi, əsas çağırışlar və perspektivlər üzrə müzakirələr aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.