Home » İİTKM-də İqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti müzakirə olunub

İİTKM-də İqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti müzakirə olunub

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “İqtisadi islahatlar: İqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

  İİTKM-in icraçi direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı açılış nitqində ölkədə fəaliyyət göstərən tədqiqat mərkəzlərinin yüksək səviyyəli elm xadimləri ilə iqtisadi təhlil və modelləşdirmə üzrə fikir və təcrübə mübadiləsini olduqca əhəmiyyətli hesab edib.

Ölkədə beyin mərkəzləri tərəfindən işlənib hazırlanan  və iqtisadi prosesləri hərtərəfli özündə təsvir edə bilən müxtəlif iqtisadi riyazi təhlil metodlarından istifadə imkanları və onların tətbiqi nəticəsində əldə olunan nəticələr barəsində geniş fikir mübadiləsi aparılıb. O da qeyd edilib ki, hazırda dünyada baş verən geosiyasi və iqtisadi prosseslər daha təkmil və mütərəqqi iqtisadi təhlil metodlarından istifadəni labüd edir. İqtisadi təhlillərin nəticələrinin iqtisadi siyasətin istiqamətlərinin formalaşdırılmasında, eləcə də daha optimal qərarqəbuletməyə təsirləri barəsində danışılıb. Beynəlxalq təcrübəyə əsaslanaraq ölkədə fəaliyyət göstərən beyin mərkəzlərinin gələcəkdə effektiv və koordinasiyalı şəkildə əməkdaşlığa cəlb olunma yolları müzakirə olunub və birgə fəaliyyətlər müəyyən edilib, eləcə də bu istiqamətdə mütəmadi dəyirmi masaların keçirilməsi tövsiyə olunub.

 “İqtisadi islahatlar: İqtisadi-riyazi üsulların tətbiqi və əhəmiyyəti” mövzusunda elmi  müzakirə iki sessiyadan ibarət olub.

 “Tədqiqat mərkəzləri tərəfindən aparılan təhlillərin iqtisadi siyasətə tətbiqi necə təmin edilir? İqtisadi inkişafın təhlili üzrə tədqiqat modelləri: İqtisadi siyasətə aid nəzəriyyə və praktika nümunələri” mövzusunda müzakirədə İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Yadulla Həsənli, AMEA Kibernetika İnstitutunda laboratoriya rəhbəri Qorxmaz İmanovKTN yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin MBA direktoru Rafik ƏliyevAMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Akif MusayevMərkəzi Bankın Tədqiqatlar departamentinin direktoru Asif Qasımov, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Arzu Hüseynova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynov təqdimatla çıxışlar ediblər.

  Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Təhlil və Planlaşdırma meneceri  Vüsalə Cəfərova “ Beynəlxalq təcrübədə hökumətin beyin mərkəzləri iqtisadi təhlil və proqnozlaşdırma sahəsində necə əməkdaşlıq edirlər?” mövzusunda danışıb.

Sonda elm adamlarını maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.