Home » İİTKM-də İsrail Səfirliyinin nümayəndələri ilə görüş olub

İİTKM-də İsrail Səfirliyinin nümayəndələri ilə görüş olub

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İsrailin Azərbaycan Respublikasındakı səfirinin müavini cənab Doron Peerin rəhbərlik etdiyi heyətlə görüş keçirilib. Səfirliyin nümayəndələrinə İİTKM-in innovativ layihələri, o cümlədən Azexport.az portalı, EnterpriseAzerbaijan.com Portalı, Rəqəmsal Ticarət Qovşağı, Azerp.com portalı və digər layihələr təqdim olunub.

Görüş zamanı İsrail rezidentlərinin Rəqəmsal Ticarət Qovşağı (RTQ) üzərindən Azərbaycana sərmayə yatırması imkanları haqqında danışılıb. Eyni zamanda, yerli məhsulları dünya bazarına çıxaran Azexport.az portalı ilə İsrailin e-ticarət platformalarının əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin, EnterpriseAzerbaijan.com portalında olan startapların İsrail investorlarına təqdim olunması barədə razılıq əldə olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə İsrailin beyin mərkəzləri arasında əməkdaşlıq və bir sıra digər maraq doğuran məsələlər müzakirə olunub. Daha sonra səfirliyin nümayəndələri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə də tanış olub. Onlara “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracatçı sahibkarlara təqdim olunan xidmətlər barədə məlumat verilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.