Home » İİTKM ilə Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzi arasında memorandum imzalanıb

İİTKM ilə Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzi arasında memorandum imzalanıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzi (CERR) arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb. Memorandumu Azərbaycan tərəfindən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Özbəkistan tərəfindən isə CERR rəhbəri Obid Hakimov imzalayıb. Memorandumda hər iki tərəfin mütəxəssisləri tərəfindən birgə tədqiqat və təhlillərin aparılması, seminarlar və tədbirlərin təşkili, təqaüd proqramlarının təşkilinin araşdırılması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi göstərilib.

Qeyd edək ki, CERR direktoru Obid Hakimovun rəhbərliyi altında nümayəndə heyətinin Prezident Administrasiyası, Milli Məclis və müxtəlif dövlət qurumlarına görüşləri təşkil olunub. Onlar ASAN, DOST, KOBİA, Azexport, Rəqəmsal Ticarət Qovşağı kimi milli brendlərin, həmçinin azranking.az, monitoring.az və EnterpriseAzerbaijan.com portallarının təcrübəsi ilə tanış olublar. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan səfərin məqsədi Prezident İlham Əliyevin rəhbərliyilə aparılan uğurlu iqtisadi islahatların inkişaf modelinin Özbəkistan nümayəndə heyəti tərəfindən öyrənilməsidir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.