Home » İİTKM-in icraçı direktoru “Orta dəhliz: regionda sülh” mövzusunda çıxış edib

İİTKM-in icraçı direktoru “Orta dəhliz: regionda sülh” mövzusunda çıxış edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfransda çıxış edib. Vüsal Qasımlı “Orta dəhliz: regionda sülh” mövzusunda çıxışı zamanı iqtisadi və ictimai həyatda narrativlərin əhəmiyyətinə diqqət çəkib. O, regionda gedən sülh proseslərində ölkəmizin iştirakından söz açaraq, Azərbaycanın coğrafiyanın çətinliklərini üstünlüyə çevirə bildiyini, tarixi üstünlüyü əldə edə bildiyini vurğulayıb.

 Qeyd edək ki, konfrans vətəndaş cəmiyyəti nümayəndələrinin ölkənin ictimai proseslərində iştirakının təşviqi, eyni zamanda onların bu istiqamətdə fəallığının gücləndirilməsi məqsədi ilə baş tutub.

 Konfransı giriş sözü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açıb, Milli Məclisin deputatı Sevil Mikayılova, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı mövzu ətrafında çıxışlar ediblər və müzakirələr aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.