Home » İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri beynəlxalq forumda Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri beynəlxalq forumda Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

by Aytac
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri v.m.i.e Ayhan Satıcı Qazaxıstanın Almatı şəhərində Alman-Qazax Universitetində keçirilən Beynəlxalq Şərq-Qərb Logistika Forumunda Azərbaycanı təmsil edib. A. Satıcı forumda “Zəngəzur dəhlizinin Cənubi Qafqazda nəqliyyat dəhlizlərinə iqtisadi təsiri və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) ilə Avropa İttifaqı arasında iqtisadi münasibətlərin perspektivləri” adlı təqdimatla çıxış edib. O bildirib ki, Zəngəzur dəhlizinin böyük regional və beynəlxalq əhəmiyyəti var. Çünki bu layihə Şimal ilə Cənub, Qərb ilə Şərq nəqliyyat dəhlizlərini birləşdirən önəmli arteriyadır.

İkigünlük beynəlxalq forumda CAREC İnstitutu, Asiya İnkişaf Bankı və Alman-Qazax Universitetinin, həmçinin ABŞ, Almaniya, Türkiyə, Yaponiya, Hindistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nüfuzlu institut və beyin mərkəzlərinin alimləri iştirak ediblər.

Qeyd edək ki, səfər çərçivəsində Qazaxıstanın Astana şəhərində “Türk Dövlətləri İqtisadiyyatı” kitabının da təqdimatı keçiriləcək.

 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.