Home » İki ayda fiziki və hüquqi şəxslər 200 mln. manata yaxın depozit gəliri əldə ediblər

İki ayda fiziki və hüquqi şəxslər 200 mln. manata yaxın depozit gəliri əldə ediblər

by yunus
0 comments 0 views 1 minutes read

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 197.6 milyon manat faiz ödəyiblər.

BBN.az Azərbaycan Mərkəzi Bankı (AMB) istinadən   xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 57.5% və ya 72.1 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 125.5 milyon manat depozit faizi ödəmişdilər.

Qeyd edək ki, cari il mart ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.2% artaraq 37 milyard 837 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 752.6 milyon manat faiz gəliri əldə ediblər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.