

2022-ci ildə ABŞ və Çin arasında diplomatik əlaqələrin pisləşməsinə rəğmən ticarət rekorda çatıb. Rəsmi rəqəmlərə əsasən ötən il adıçəkilən iki ölkə arasında ümumi idxal və ixracın həcmi 690.6 milyard dollar, yaxud 572.6 milyard funt sterlinq olub.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, son günlər Çin və ABŞ arasında ticarətin həcmi yeni aşağı səviyyəyə enib, buna səbəb isə Çinə məxsus olduğu bildirilən “casus şarı”nın digər ölkə sərhədlərini keçməsi ilə bağlı olub. Həmçinin hər iki ölkə 2018-ci ildən bəri ticarət müharibəsində olublar.
Yeni hesabat göstərib ki, ötən il Çindən ABŞ-a idxalın həcmi ümumilikdə 536.8 milyard dollar olub. Amerikalı alıcılar daha çox Çin istehsalı məhsullara pul xərcləyiblər, bura oyuncaqlar və mobil telefonlar daxildir. Eyni dövrdə ABŞ-ın Çinə ixracı isə 153.8 milyard dollara yüksəlib.