Home » İldə yalnız 1 mobil cihaz gömrük rüsumu olmadan gətirilə biləcək

İldə yalnız 1 mobil cihaz gömrük rüsumu olmadan gətirilə biləcək

by yunus
0 comments 5 views 1 minutes read

Hər təqvim ili ərzində bir dəfə 1 ədəd mobil cihaz güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə biləcək.

BBN.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda edilən dəyişikliklərdə əksini tapıb.

Qərara əsasən, fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən mobil cihazların gömrük dəyəri bu Qaydaların 2.1.2-ci və 2.1.4-cü yarımbəndləri (Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar; beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar) ilə müəyyən edilmiş bir aylıq həddən artıq olduğu halda ümumi gömrük dəyərindən müvafiq yarımbəndlərdə göstərilən məbləğlər çıxılmaqla, bu malların gömrük rəsmiləşdirilməsi xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri alınmaqla sadələşdirilmiş qaydada həyata keçiriləcək.

Bu Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.