Home » İlin ilk yarısında banklararası ticarət həcmi 41,4 milyard manata çatıb

İlin ilk yarısında banklararası ticarət həcmi 41,4 milyard manata çatıb

by yunus
0 comments 4 views 1 minutes read

2025-ci ilin ilk 6 ayında Bloomberg ticarət sistemi vasitəsilə banklar arasında 41,4 milyard manat məbləğində 2 148 ədəd əqd bağlanıb.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) **“Pul Siyasəti İcmalı”**nda bildirilib. Hesabatda qeyd olunur ki, bu əməliyyatların həcminin 95%-i 1–3 günlük əməliyyatlardan ibarət olub.

Pul bazarında qısamüddətli faizlər hesabat dövründə faiz dəhlizi daxilində dəyişib. 2025-ci ilin birinci yarısında 1 günlük banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi — AZIR indeksi, aylıq dəyişkənlik göstərsə də, ümumilikdə uçot dərəcəsinə yaxın trayektoriyada hərəkət edib.

Mərkəzi Bankın məlumatına görə, AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq (spred) birinci rübdə -0,4%, ikinci rübdə isə -0,22% olub. Ümumilikdə isə 2025-ci ilin 6 ayında AZIR indeksinin uçot dərəcəsindən standart kənarlaşması 0,29 faiz bəndi təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.