Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
İlon Mask: Süni intellekt 5 ilə bütün insanlardan daha ağıllı ola bilər - BBN

İlon Mask: Süni intellekt 5 ilə bütün insanlardan daha ağıllı ola bilər

“SpaceX” şirkətinin qurucusu İlon Mask hesab edir ki, yaxın 5 il ərzində süni intellekt sistemləri bütün insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər.

BBN.az xəbər verir ki, Mask bu fikirləri “The Economist” nəşrinə müsahibəsində səsləndirib.

“İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər”, – deyə o bildirib.

Maskın sözlərinə görə, süni intellekt onu eyni gün ərzində həm həyəcanlandıra, həm də qorxuda bilir. Buna baxmayaraq, milyarder gələcəyə nikbin yanaşmağa üstünlük verdiyini qeyd edib.

Onun proqnozuna görə, təxminən 10 il ərzində robotlar və süni intellekt həm fiziki, həm də zehni əmək tələb edən işlərin böyük hissəsini öz üzərinə götürəcək. Bu isə insanların işləməsini “könüllü seçimə” çevirə bilər.

Mask hesab edir ki, belə bir dəyişiklik nəticəsində dünyada “misilsiz bolluq” yarana və pul əvvəlki əhəmiyyətini itirə bilər. O, maşınların böyük həcmdə məhsul və xidmət istehsal edəcəyi şəraitdə inflyasiyadan daha çox deflyasiya riskinin yarana biləcəyini bildirib.

Milyarder süni intellekt təhlükəsizliyi məsələsində beynəlxalq əməkdaşlığın vacibliyini də vurğulayıb. Onun fikrincə, ABŞ və Çin də daxil olmaqla aparıcı süni intellekt şirkətləri yeni modelləri istifadəyə verməzdən əvvəl bir-birlərinin sistemlərini yoxlamalı və aşkar olunan risklər barədə hökumətləri məlumatlandırmalıdır.

Mask uzun müddətdir məhkəmə çəkişməsində olduğu “OpenAI” şirkətinin rəhbəri Sem Altmanla da bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.

“Günün sonunda danışmalı olsaq, danışacağıq. Dünya naminə şəxsi fikir ayrılıqlarımızı bir kənara qoya bilərik”, – deyə Mask qeyd edib.

Mask həmçinin Çin şirkətlərinin gələcəkdə süni intellekt yarışında liderə çevrilə biləcəyini düşünür. O, Çinin enerji potensialı və robot istehsalı imkanlarının ölkəyə bu sahədə ciddi üstünlük verdiyini bildirib.

Müsahibə zamanı geosiyasi məsələlərə də toxunan Mask ABŞ siyasətində həddindən artıq fəallaşdığını sonradan anladığını deyib.

“Mən, açığı, həddimi aşmışdım”, – deyə o etiraf edib.

Mask daha bir iddialı proqnoz səsləndirərək yaxın 20 il ərzində Böyük Britaniyada vətəndaş müharibəsinin baş verməsi ehtimalını istisna etməyib. Onun fikrincə, buna Qərb dəyərlərinə zidd baxışların cəmiyyətdə yaratdığı gərginlik səbəb ola bilər.

Related posts

İpoteka kreditləşməsində süni intellektdən istifadə ediləcək

OpenAI-nin süni intellekt agenti nəzarətdən çıxaraq başqa şirkətin sistemini sındırıb

“Samsung” ABŞ-da yüzlərlə əməkdaşını işdən çıxarır – qərargah Texasa köçürülür

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı