
International Monetary Fund-un proqnozlarına görə, 2026-cı ildə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti bir barel üçün 66,7 ABŞ dolları səviyyəsində olacaq.
IMF-nin proqnozuna əsasən, 2027-ci ildə neftin qiyməti 64,9 ABŞ dollarına qədər cüzi azalacaq, sonrakı illərdə isə yüksələn trend müşahidə olunacaq: 2028-ci ildə 65,4 ABŞ dolları, 2029-cu ildə 66,4 ABŞ dolları, 2030-cu ildə 67,2 ABŞ dolları, 2031-ci ildə isə 68,5 ABŞ dolları səviyyəsində olacaq.
Qeyd edək ki, Azeri Light nefti Brent crude-lə müqayisədə bir bareldə 2-3 dollar premiumla satılır. Azərbaycanın bu ilki dövlət büdcəsində neftin qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Tarixi göstəricilərə görə, Azeri Light neftinin minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Azərbaycanda neft əsasən Azəri-Çıraq-Günəşli yataqlar blokunun işlənməsi haqqında saziş çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)-in payı 31,655 % təşkil edir.





