0

International Monetary Fund-un proqnozuna görə, 2026-cı ildə Azərbaycanın ixrac etdiyi təbii qazın orta qiyməti hər min kubmetr üçün 380,4 ABŞ dolları səviyyəsində olacaq.
IMF-nin məlumatına əsasən, 2025-ci ildə qazın ixrac qiyməti 425,4 ABŞ dolları təşkil edib. Sonrakı illərdə isə azalma tendensiyası gözlənilir: 2027-ci ildə hər min kubmetr üçün 326,5 ABŞ dolları, 2028-ci ildə 287,1 ABŞ dolları səviyyəsinə düşəcək və 2032-ci ilə qədər bu səviyyədə qalacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı qaz ixracının orta qiymətini 2026-cı ildə 269 ABŞ dolları, 2027-ci ildə isə 254 ABŞ dolları səviyyəsində gözləyir.





