Home » IMF-NİN QLOBAL İQTİSADİ MƏNZƏRƏ İLƏ BAĞLI HESABATI

IMF-NİN QLOBAL İQTİSADİ MƏNZƏRƏ İLƏ BAĞLI HESABATI

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

BBN.az The International Monetary Fund-ın (IMF) sonuncu qlobal iqtisadi hesabatı ilə bağlı məlumatı diqqətinizə çatdırmışdı. Daha çoxu BURADA. IMF-nin baş iqtisadçısı Pierre-Olivier Gourinchas deyib ki, apreldən bu yana hesabatdakı məlumatlar daha da neqativliyə köklənib. Dünyanın ən böyük iqtisadiyyatlarına malik olan 3 ölkəsində: ABŞ, Çin, Avrozona hesabatda olan vacib nəticələrə, əsasən daralıb.

Yenilənmədə əlavə edilib ki, qlobal Ümumi Daxili Məhsul (ÜDM) 2022-ci ilin ikinci rübündə Çin və Rusiyada azalmalar səbəbindən aşağı düşüb. Çin covid-19, daşınmaz əmlakdan yaranan borc böhranı ilə sarsılıb və əvvəlki təxminlər ilə müqayisədə inkişaf 1,1% azalıb və 3.3% inkişaf gözlənilir. Dünya miqyasında böyümə covid-19 epidemiyasının 2020-ci ildə qlobal istehsalı azaltmasından sonra 6.1% olmuşdu. IMF- özünün proqnozları barəsində isə kifayət qədər qeyri-müəyyən adlandırıb, Rusiyanın Ukraynanı işğal etməsi dünyada enerji və ərzağın qiymətlərini artırdı, iqtisadiyyatı sabitsizləşdirdi.

IMF deyib ki, qiymətlər yüksəldikcə, insanların yaşayış standartları qarışıqlığa düşdükcə, daha da sərtləşdirmə ehtiyac oluna bilər. Həmçinin əlavə edib ki, qabaqcıl iqtisadiyyatlarda inflyasiya 6.6%-ə düşəcək, baxmayaraq ki, ABŞ və Almaniyada illik müqayisədə daha yüksək aylıq göstəricilər qeydə alınıb. 

Ən pis ssenarilərdən biri Rusiyanın enerji ixracında əlavə 30% azalma ilə Avropaya enerji təchizatının tamamilə kəsilməsini nəzərdə tutur. Bu, artımı bu il 2,6%-ə, gələn il isə 2%-ə qədər ləngidə bilər. Belə olan halda ABŞ və Avropada artım sıfıra yaxın olacaq. 1970-ci ildən bəri, pandemiya dövründə də daxil olmaqla cəmi beş dəfə artım qlobal miqyasda 2%-dən aşağı düşüb. İnkişaf etməkdə olan iqtisadiyyatlarda inflyasiya 9%-i keçə bilər, baxmayaraq ki, bir çox inkişaf etməkdə olan ölkələr yenə də bu həddə çatmış və dərəcələrin ondan qat-qat yuxarı qalxdığını görüblər. Əksinə, Rusiya iqtisadiyyatı bu il artıq 6% daralıb, çünki Qərb sanksiyaları yerli iqtisadiyyata böyük zərbə vurur, baxmayaraq ki, gələn il daralmanın hazırda 3,5% olacağı proqnozlaşdırılır.

Mənbə: Reuters

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.