Home » IMF-nin rəhbəri: “Öncə yoxsulları düşünürük”

IMF-nin rəhbəri: “Öncə yoxsulları düşünürük”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“İnflyasiyadan əziyyət çəkən insanlara kömək etməsəniz, burada mənfi nəticələr ola bilər”.

BBN.az CNN Business-ə istinadən xəbər verir ki, bu sözləri “International Monetary Fund”ın (IMF) rəhbəri Kristalina Georgieva çərşənbə axşamı bildirib. 

“Əgər biz inflyasiyanı aşağı salmasaq, bu risk faktoru olan insanlara daha çox təsir edəcək. Ərzaq və enerjinin qiymətinin yüksəlməsi maliyyə vəziyyəti yaxşı olanlar üçün narahatlıq, yoxsullar üçün isə faciə deməkdir. Biz inflyasiyanı aşağı salmaq ilə bağlı məcburi işlər gördükdə öncə yoxsulları düşünürük”, – deyə Georgieva CNN jurnalistinə müsahibəsində deyib. 

O, deyib ki, dünya üzrə Mərkəzi Bankların seçimləri yoxdur, lakin faiz dərəcələrini artırmaq isə inflyasiya ilə mübarizə aparmaq üçündür. 

IMF rəhbəri əlavə edib ki, “Covid-19-un Omicron variantı və Rusiyanın Ukraynanı işğal etməsi bu gün inflyasiyanı bizim ən böyük düşmənimiz edib”.

“Bu il çətindir, növbəti il daha çətin olacaq. Niyə? Çünki şok üstünə şok yaşayırıq. Qısa 3 il ərzində pandemiya, (hələ bitməyib), müharibə, Rusiyanın işğalı enerji və ərzaq qiymətlərini yüksəldib, nəticədə yaşam xərcləri artıb”, – deyə o, sözlərinə əlavə edib.

Georgieva bildirib ki, insanları qəzəbli olduğunu görmək təəccüblü deyil: “Əgər inflyasiyanı aşağı salmaq üçün tədbirlər görülməsə, “küçədə insanlar” görəcəyik”, – deyə xəbərdarlıq edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.