2022-ci ildə Səudiyyə Ərəbistanı dünyanın ən sürətlə böyüyən iqtisadiyyatına malik olan ölkələrindən biri olacaq. Burada Ümumi Daxili Məhsul (ÜDM) 7.6%-ə qədər böyüməsi gözlənilir.
BBN.az International Monetary Fund-ın (IMF) yeni hesabatına istinadən yazır ki, bu hal onillik ərzində ən sürətli inkişafdır.
Səudiyyə Ərəbistanı biznes mühitini yaxşılaşdırmaq, xarici investisiyaları cəlb etmək və özəl sektorda məşğulluq yaratmaq üçün təsirli addımlar atır.
IMF-dən bildirilib ki, ölkəyə idxal edilən məhsulların yüksək qiymətlərinə rəğmən, inflyasiya 2022-ci ildə 2.8% qalacaq.