Home » İnflyasiya “Apple” şirkətinə necə təsir edəcək?

İnflyasiya “Apple” şirkətinə necə təsir edəcək?

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2022-ci ilin may ayında ABŞ-da illik inflyasiya dərəcəsi 8.1% artıb və 1981-ci ildən bu yana ən yüksək həddə yüksəlib. Apple-ın fəalliyyət göstərdiyi digər bazarlarda da oxşar situasiya yaşanır və bu hal nəticədə satışlara da təsirsiz ötüşmür.

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, həmçinin şirkət qlobal loqistik və işçilərin əmək haqlarının artımı məsələsindən dolayı potensial müştərilərin azalacağından narahatdır.

Eyni zamanda Apple, bu il (2020-ci il aprel) Çində – ən böyük iqtisadi şəhəri Şanxayda baş verən qapanmaya görə, təchizat qıtlığından əziyyət çəkir, bu da nəticədə milyardlarla dollar ziyan deməkdir. Apple ABŞ bazarında iPhone-lara olan qiymət artımına getmədiyi halda, digər ölkələrdə məzənnə dəyişiklikləri olduğundan burada əsasən qiymət artımından qaçmaq mümkünsüz olub. Kompaniyanın satış mənfəəti ¼-də artıb, bu analitiklərin gözləntilərindən yüksəkdir, dekabrdan bəri isə çox yumşaq formada aşağı enib, Fact Data-nın məlumatına görə bununla belə bu 2012-ci idən ən yüksək göstəricidir. 

Google, Amazon və Microsoft korportiv və riteyl əməkdaşlarına əmək haqlarının artımına gedib, elə buna görə də Apple şirkəti də rəqiblərindən geri qalmamaq üçün oxşar addımı atıb.

ABŞ iqtisadçıları bu il bazarda potensial müştərilərin elektron da daxil olmaqla bahalı məhsulların alışında kəskin azalmanı nəzərə alaraq bazarda işçi və istehsalın azalacağını bildirirlər. Amma ekspertlər isə əmindir ki, bu Apple üçün ən pis ssenari deyil.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.