

ABŞ-ın avqust ayı ilə bağlı illik inflyasiya göstəriciləri açıqlanıb, nəticələr isə demək olar ki dəyişməz qalıb.
BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, yeni data-lardan sonra 3 əsas indeksin qiymətində böyük itkilər baş verib.
Belə ki, 2022-ci ilin avqustunda ABŞ-da illik inflyasiya açıqlandıqdan sonra, Dow Jones-in qiyməti 3.94%, S&P indeksi 4.32%, NASDAQ isə 5.16% azalıb.
Bildirək ki, NASDAQ, S&P, Dow Jones səhm bazarıdır. NASDAQ-da ABŞ-ın bir çox yüksək texnologiya şirkətlərinin səhmləri, Dow Jones-da isə 30, S&P-də (Standard & Poor’s 500) isə 500 ən əhəmiyyətli şirkətlərin səhmləri ticarət edilir.
Qeyd edək ki, avqustda ABŞ-da illik inflyasiya 8.3% olub, iyulda isə 8.5% idi.