İngiltərədə illik inflyasiya may ayında 2 faiz olaraq qeyd edildi.
BBN.az xəbər verir ki, apreldə illik inflyasiya 2,3 faiz təşkil edib. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri illik inflyasiyanın 2 faizə düşəcəyi idi.
May ayında illik inflyasiya 2021-ci ilin iyul ayından bəri ən aşağı illik inflyasiya olub.Beləliklə, may ayında aylıq inflyasiya 0,3 faiz müəyyən edilib. Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri aylıq qiymət artımının 0,4 faiz olacağı idi.
Eyni dövrdə baza inflyasiyası bazar gözləntilərinə uyğun olaraq 3,5 faizə enmişdir. Apreldə ölkədə baza inflyasiyası 3,9 faiz olub.