İngiltərənin Baş naziri Liz Truss Sky News-a iqtisadi məsələlər ilə bağlı müsahibə verib

“Mənim üçün prioritet odur ki, bu qış ilə bağlı olaraq narahatlığı olan ailələrin enerji qiymətləri 2.500 funt sterlinqdən yüksək olmayacaq”.

BBN.az Sky News-a istinadən xəbər verir ki, bu sözləri İngiltərənin Baş naziri Liz Truss video müsahibəsində deyib.

Baş nazir əlavə edib ki, yeni iqtisadi plan vergi ödəyicilərinin (jurnalist, bu vergi ödəyicilərinin vəsaiti hesabına baş verəcək-red.) deyil, hökumətin vəsaiti ilə həyata keçiriləcək. Onun sözlərinə görə, hökumətin yeni planı ilə inflyasiyanı 5 baza bənd aşağı salmaq mümkün olacaq və bundan sonra iqtisadi inkişaf baş verəcək. “Biz uzunmüddətli təchizat razılaşması prosessinə daxil oluruq, bu isə yüksək qiyməti daha az zərərli etmək üçündür”, – deyə o, sözlərinə əlavə edib.

Liz Truss qeyd edib ki, ümumi iqtisadi mənfəət ilə vergi ödəyicilərinin üzərinə düşəcək rəqəm daha aşağı olacaq. Jurnalist isə bildirib ki, belə nəticəyə gəlmək olar ki, vergi ödəyicilərinin üzərinə düşən vəsait hökumətin təxmini olaraq enerji planı üçün ayırmağı planlaşdırdığı 100 milyard funt sterlinqdən aşağı olacaq.

O, deyib ki, vergini aşağı saxlamaqla iqtisadiyyatı inkişaf etdirəcəyik və daha çox vergi mənfəəti əldə edəcəyik: “Biz isə bu planımıza uzunmüddətli dövr üçün nail olacağıq”.

Qeyd edək ki, daha öncə Baş nazir bildirmişdi ki, müharibədən (Ukrayna-Rusiya-red.) dolayı gəlirlərini artıran enerji şirkətlərindən əlavə vergilərin alınmasını planlaşdırmır və ölkədəki yüksək yaşam xərcləri ilə mübarizə aparmaq üçün hökumətin “enerji plan”ı mövcuddur.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır