Home » İngiltərə Mərkəzi Bankından sürpriz qərar

İngiltərə Mərkəzi Bankından sürpriz qərar

by yunus
0 rəy 10 baxış 1 dəqiqə oxuma

Sentyabrın 21-də İngiltərə Mərkəzi Bankı (Bank of England) sürpriz bir addımla faiz dərəcələrini dəyişmədi. Faiz dərəcəsinin isə 5,25%-dən 5,5%-ə yüksəldilməsi gözlənilirdi.

BBN.az xəbər verir ki, İngiltərə Mərkəzi Bankının rəhbəri Endrew Bailey “Son aylarda inflyasiya xeyli aşağı düşüb və düşməyə davam edəcəyini düşünürük. Bu yaxşı xəbərdir. Ancaq arxayınlığa yer yoxdur. Biz inflyasiyanın normallaşmasına əmin olmalıyıq və bunun üçün lazımi qərarlar qəbul etməyə davam edəcəyik”, – deyə açıqlama edib.

Benzinin və dizel yanacağının qiymətlərinin artmasına baxmayaraq, avqust ayında inflyasiya iyul ayı ilə müqayisədə 6,7% ilə təəccüblü azalma qeydə alıb. Daha əvvəl 14 dəfə qərar verən Bank, 2021-ci ilin sonundan etibarən faiz artımına yönəldi. Baza dərəcəsinin artırılması ümumiyyətlə daha bahalı ipoteka kreditlərinə gətirib çıxarır və bu istehlak xərclərinin və inflyasiyanın azalmasına səbəb olur. Kansler Jeremi Hunt “Yüksək inflyasiyanın tərsinə döndüyünü görməyə başlayırıq”, – deyə açıqlamasında bildirib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.